Sənaye məhsullarının istehsalçı qiymətləri 1,7 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Sənaye məhsullarının istehsalçı qiymətləri 1,7 faiz artıb

2014-cü ilin fevral ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 0,1 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 13,1 faiz artıb.

2014-cü ilin fevral ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 0,1 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 13,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ilin fevral ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 2,8 faiz, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 0,1 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 0,4 faiz bahalaşıb.

Fevral ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 3,4 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı və maşın və avdanlıqların quraşdırılması və təmiri üzrə 1,2 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,5 faiz ucuzlaşıb, poliqrafiya fəaliyyəti üzrə 31,2 faiz, neft məhsullarının istehsalı üzrə 22,4 faiz, metallurgiya sənayesi üzrə 2,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,6 faiz, qida məhsullarının istehsalı üzrə 1,1 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6 faiz, geyim istehsalı üzrə 0,4 faiz, taxuculuq sənayesi üzrə istehsalcı qiymətləri 0,2 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm