Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 530,5 milyon dollar olub
Bizi izləyin

Ekopublika.az

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 530,5 milyon dollar olub

Cari ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 173 milyon ABŞ dolları həcmində mal ixrac olunub. Bu, Gürcüstanın ümumi ixracatının 11,8 faizini təşkil edib.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 51,2 milyon dollarlıq minik avtomobili ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 131 milyon dollar azdır.

Azərbaycana 21 milyon dollarlıq müalicə vasitələri ixrac olunub və bu da 2014-cü ilin 8 ayı ilə müqayisədə 1,3 milyon dollar çoxdur.

Məlumatda, həmçinin bildirilir ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 358 milyon dollarlıq mal idxal edib. Bu da Gürcüstanın 8 aydakı ümumi idxalatının 7,2 faizini təşkil edir.

Səkkiz ayda Azərbaycandan bu ölkəyə 186,1 min ton və ya 96,4 milyon dollar dəyərində neft və neft məhsulları ixrac olunub.

Yanvar–avqust aylarında ölkəmizdən Gürcüstana ixrac olunan elektrik enerjisinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 304,4 min dollar artaraq 7,1 milyon olub.

Ümumiyyətlə, səkkiz ayda ölkələrimiz arasındakı ticarət dövriyyəsi 530,5 milyon dollar olub, bu da Gürcüstanın xarici ticarətinin 8,3 faizini təşkil edir.

Bu göstərici ilə Azərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında ikinci yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm