Azərbaycanda sənayenin qeyri-neft sahələrində istehsalın həcmi il ərzində artıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda sənayenin qeyri-neft sahələrində istehsalın həcmi il ərzində artıb

2014-cü ilin yanvar-fevral aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 5,4 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilib.

2014-cü ilin yanvar-fevral aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 5,4 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənaye məhsulunun 71,6 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 6,8 milyon ton neft, 3,1 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,1 faizini təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 6,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini 8,8 faiz üstələyib, neft-qaz sektorunda isə 4,8 faiz azalıb. Ümumi sənaye istehsalının 93,1 faizi malların (əmtəələrin), 6,9 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 79,9 faizi özəl bölmədə istehsal olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm