“Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına heç bir halda icazə verilməyəcək”
Bizi izləyin

Ekopublika.az

“Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına heç bir halda icazə verilməyəcək”

“Azərbaycan Respublikası ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunub. Elə bu səbəbdən də Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşımalarına heç bir halda icazə verilməyəcək”.

Publika.az xəbər verir ki, bu sözləri Beynəlxalq Dəmiryolu Daşımaları üzrə Hökumətlərarası Təşkilatların (OTİF) 12-ci Baş Assambleyası iclasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov həmçinin Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizində Azərbaycanın fəal iştirak etməsindən söz açıb. O dəmir yollarında irihəcmli işlərin gedişatı, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi və bu layihənin Azərbaycanın tranzit potensialını artıracağı barədə iclas iştirakçılarına geniş məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm