Ekopublika.az
Vergilər Nazirliyində struktur dəyişikliyi edilib
Vergilər Nazirliyində bir neçə struktur dəyişiklikləri aparılıb.
Nazirliyin Analitik-informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, Vergilər Nazirliyi Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası”nda verilmiş tapşırıqların icrası, eləcə də Vergilər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmiş qərarların və vergilər naziri 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun əmri ilə təsdiq edilmiş Tədbirlər Planından irəli gələn məsələlərin həll edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bildirilir ki, bu istiqamətdə görülən işlərin davamı olaraq, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi, vergilərin yığılmasında təşkilati işlərin gücləndirilməsi, əhalidə vergi mədəniyyəti və intizamının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə vergilər nazirinin 1 oktyabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək, Bakı Vergilər Departamentinə birləşdirilib, Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb.
İqtisadiyyat şöbəsi
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu