Yanvar-fevral aylarında istehlakçılara 3,2 milyard manatlıq əmtəə satılıb
Bizi izləyin

Ekopublika.az

Yanvar-fevral aylarında istehlakçılara 3,2 milyard manatlıq əmtəə satılıb

Yanvar-fevral aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 3,2 milyard manatlıq əmtəə satılmışdır. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur.

Yanvar-fevral aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 3,2 milyard manatlıq əmtəə satılmışdır. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlak mallarının 1,7 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq malları təşkil etmişdir. Satılan qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artmışdır.

Cari ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 34,5 faiz artaraq 452,5 min manata çatmışdır. Əhali onlayn rejimlə sifariş verdiyi istehlak mallarının 82,2 faizini hüquqi, 17,8 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 91,7 faizi qeyri-ərzaq mallarının payına düşmüşdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm