Həbsxana biznesi və dövr edən milyardlar
Bizi izləyin

Ekopublika.az

Həbsxana biznesi və dövr edən milyardlar

Amerikada hazırda “həbsxana biznesi”ndə güclü inkişaf mövcuddur. Burada həbsxanalardakı məhkumların böyük əksəriyyəti afroamerikalılardır ki, onlardan da pulsuz qul əməyi üçün istifadə olunur.

Publika.az banker.az-a istinadən xəbər verir ki, həbsxanalardakı ağ dərililərin sayı isə 3%-dir. Buradan əldə edilən faydanı təsəvvür edə bilirsinizmi?! Kənardan həbsxanalar səliqəli və təmiz görünsə də, daxildən çox saylı polad dirəkli və barmaqlıqlı kameralarla örtülüdür. Bu “biznes” gəlir gətirməyə başladığı andan mühakimə edilənlərin də sayı artmağa başladı. Dövlət isə onların barmaqlıq arxasında saxlanılması üçün 40 milyard dollardan artıq vəsait ayırır. Həbsxanalarda məhkumlara artıq yer qalmadıqda qanunvericilikdə müəyyən dəyişiklərə əl atıldı. Məsələn, marixuanadan istifadə kimi “yüngül” maddələr ləğv edildi. ABŞ-da məhkumlar bazarına nəzarət edən xüsusi şirkətlər var. Onlar şəxsi həbxanalarını 24 saatlıq 30 dollara icarəyə verirlər.

Texas bu cür həbsxanaların sayına görə ən öndə gedən ştatdır. 10 il ərzində burada yaradılan bu cür məkanların sayı, dövlətin öz mövcudluğu dövründə yaratdığı həbsxanaların sayından çox idi. Belə bir fakt məlumdur ki, zavodun bütün işçiləri işdən azad edilərək daha sərfəli məhkumlarla əvəz ediliblər. Statistikaya inansaq, məhkumların yalnız 3%-i ağır cinayət hallarına görə məhkum olunublar. Mühakimə edilmiş bütün şəxslərin 50%-i ittiham edildikləri cinayəti törətməyiblər. Məhkumların yarıdan çoxu isə psixi pozğunluqlara sahibdir. Belə görünür, bu “biznes” inkişaf etməkdə davam edəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm