Büdcədən 11.7 milyard manat xərclənib
Bizi izləyin

Ekopublika.az

Büdcədən 11.7 milyard manat xərclənib

Sentyabr ayının 1-nə dövlət büdcəsinin mədaxili 12.1 milyard manat və ya proqnozun 99,6 faizi, xərcləri isə 11.7 milyard manat və ya proqnozun 74,3 faizi səviyyəsində olub.

Publika.az xəbər verir ki, belə bir bəyanatla İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edib. O bildirib ki, daxilolmaların 68,4 faizi qeyri-neft sektorunun payına düşür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,6 faiz çoxdur:

“Bu müddətdə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 11.8 milyard manat əsas kapitala investisiya yönəldilib. Dövlət İnvestisiya Proqramı çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və kanalizasiya təminatının yaxşılaşdırılması və digər layihələr üzrə işlər davam etdirilib. Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcək. Bu ilin 8 ayında ölkənin xarici ticarəti müsbət saldo ilə yekunlaşmış, qeyri-neft ixracı 8.7 faiz artıb. İxrac imkanlarının artırılması məqsədilə Aktau şəhərində logistik mərkəzin inşası başa çatdırılıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm