Ziyad Səmədzadə: “Yeni iş yerləri yaradaraq büdcə gəlirlərini artıra bilərik”
Bizi izləyin

Ekopublika.az

Ziyad Səmədzadə: “Yeni iş yerləri yaradaraq büdcə gəlirlərini artıra bilərik”

“Bizim hədəflərimiz ondan ibarətdir ki, məşğulluq siyasəti aparaq, yeni iş yerləri yaradaq”.

Publika.az xəbər verir ki, belə bir bəyanatla 2016-cı ilin büdcə müzakirələri zamanı Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. O həmçinin iş yerlərinin bağlanmasına da toxunub: “Təbii ki, 30 min iş yerinin bağlanması mühüm məsələdir və biz bunun təhlilini aparırıq. Çalışaq ki, işsizlik az olsun. Bu gün iqtisadiyyatda elə sahələr var ki, yeni iş yerləri yaradaraq büdcə gəlirlərini artıra bilərik. Bir məsələyə də diqqəti çatdırmaq istəyirəm. Əmək müqaviləsi, kölgə iqtisadiyyatının ildə 2-3 faiz azaldılması, əmək nizamının yaradılması da büdcə gəlirlərini artıra bilər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm