2016-cı ilin büdcəsi sosialyönümlüdür - YENİLƏNİB
Bizi izləyin

Ekopublika.az

2016-cı ilin büdcəsi sosialyönümlüdür - YENİLƏNİB

Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunun layihəsinin müzakirəsi davam etdirilir. Əsasən deputatlar çıxış edərək, büdcə layihəsi ilə bağlı təkliflərini irəli sürürlər.

Publika.az xəbər verir ki, müzakirələrdə çıxış edən deputat Rafiq Məmmədhəsənov deyib ki, 2015-ci il dünya iqtisadiyyatlında qeyri-sabitlik neftin qiymətinin kəskin sürətlə aşağı düşməsinə səbəb olub. Bu da neft ölkələrinə ciddi təsir edib, devalvasiya prosesləri baş verib. Məhz bu səbəbdən də 2015-ci il büdcəsi ilə müqayisədə 2016-cı il büdcəsi azdır:

“Ancaq 2016-cı ilin dövlət büdcəsi sosial yönümlüdür. 2016-cı ildə səhiyyəyə 745 milyon manat ayrılıb. Bunun 100 milyondan çoxu irsi qan xəstəliyi, şəkərli diabet, talassemiya və digər xəstəliklərlə bağlı tədbirlərə sərf ediləcək. Eləcə də pensiyalar, sosial yardımlar göstərir ki, büdcə sosial yönümlüdür. Odur ki, büdcənin lehinə səs verəcəyəm”.

Çıxış edən deputat Eldar İbrahimov qeyd edib ki, büdcə zərfi ilə tanışılıq göstərir ki, materiallar şəffaf hazırlanıb: “Əlbəttə, neftin qiymətinin aşağı düşməsi, Yaxın Şərqdə baş verənlər iqtisadiyyata zərbə vurur. Lakin Azərbaycan hökuməti müəyyən tədbirlər görüb. Büdcə gəlirləri və xərcləri azalsa da, sənəd sösil istiqamətlidir. Kənd təsərrüfatı daima prezidentin diqqətindədir. Bu sahə əsas prioritet elan edilib. Kənd təsərrüfatının inkişafı vacibdir. Biz çalışacağıq ki, özümüzü bütün zəruri ərzaq məhsulları ilə təmin edək. Son illər büdcədən kənd təsərrüfatına ayrılan vəsaitlər də bunu göstərir.

Millət vəkili Göhər Baxşəliyeva əlil insanlara verilən müavinətlərin artırılması istiqamətində təklif səsləndirib. O qeyd edib ki, uşaq evlərinə əlil uşaqlar daha çox tənha qadınlar tərəfindən gətirilib verilir.

Daha sonra spiker Oqtay Əsədov oktyabrın 20-də 2016-cı ilin dövlət büdcəsi layihəsinin səsverməyə çıxarılacağını bildirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm