Neft ucuzlaşdı
Bizi izləyin

Ekopublika.az

Neft ucuzlaşdı

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,02 dollar yaxud 0,04% ucuzlaşaraq 46,64 dollar/barel təşkil edib.

Publika.az xəbər verir ki, "Brent" markalı neft isə 0,09 dollar və ya 0,18% ucuzlaşaraq 49,15 dollar/barelə enib.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir.

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,03 dollar yaxud 1,97% ucuzlaşıb. Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,18 dollara bərabərdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm