Neftin qiyməti 50 dollarda qalarsa...
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti 50 dollarda qalarsa...

Neftin qiyməti 50 dollar səviyyəsində qalacağı təqdirdə Səudiyyə Ərəbistanı qarşıdakı 5 ildə iflasa uğraya bilər.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir. Bildirilir ki, əgər neftin qiymətləri 50 dollarda qalarsa Körfəz ölkələri qısa zamanda böyük maliyyə itkiləri ilə üzləşəcək. Təkcə Səudiyyə Ərəbistanı deyil, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, İraq və İran da bu siyahıda yer alır.

BVF-nin proqnozlarına görə, Səudiyyə Ərəbistanının büdcəsini tarazlamaq üçün nefti 106 dollardan satmalıdır. O cümlədən Bəhreyn öz neftini 107 dollara, İraq 81 dollara, Birləşmiş Ərəb Əmirlikləri 73 dollara, İran isə 72 dollardan bazara çıxarmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm