• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Dərman mafiyası” milyonları belə qazanırmış: 1 manata al, 22 manata sat...

“Dərman mafiyası” milyonları belə qazanırmış: 1 manata al, 22 manata sat...

Məlum olduğu kimi, Tarif Şurası (TŞ) daha 827 dərman vasitəsinin qiymətini təsdiqlədi. Ümumilikdə, indiyədək Şura tərəfindən 3 010 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunlardan 1 151 dərman vasitəsi təsdiqlənib. Qiymətləri təsdiqlənmiş digər 1 110 dərman vasitəsinin yeni qiyməti dekabrın 1-dən, 749 dərman vasitəsinin yeni qiyməti isə dekabrın 21-dən qüvvəyə minəcək.

Publika.az-ın TŞ-nın məlum cədvəlinə istinadən apardığı müqayisələr göstərir ki, təsdiq edilən pərakəndə satış qiymətləri ilə dərman vasitələrinin mövcud satış qiyməti arasında 2-3, bəzən isə 9-10 dəfədən çox fərq var. Hətta elə dərmanlar var ki, qüvvəyə minəcək yeni qiymətlə müqayisədə hazırda az qala 15 dəfə baha satılır. Məsələn, “Aqrenol-RNP”-nin təsdiq edilən pərakəndə satış qiyməti 0,78 manat, mövcud pərakəndə satış qiyməti 4,35 manatdır. “Ova-Mit”in təsdiq edilən pərakəndə satış qiyməti 3,66 manat, mövcud pərakəndə satış qiyməti 15,95 manatdır. “Donezil” preparatının təsdiq edilən pərakəndə satış qiyməti 6,01 manat, mövcud pərakəndə satış qiyməti 22,55 manatdır. “Qabaqamma”nın (Çex Respublikası) təsdiq edilən pərakəndə satış qiyməti 7,22 manat, mövcud pərakəndə satış qiyməti 30,10 manatdır. “Mepril”in təsdiq edilən pərakəndə satış qiyməti 3,84 manat, mövcud pərakəndə satış qiyməti 20,95 manatdır. “Qlemaz”ın təsdiq edilən pərakəndə satış qiyməti 1,76 manat, mövcud pərakəndə satış qiymət 21,55 manatdır. “Niseromaks”ın təsdiq edilən pərakəndə satış qiyməti 4,03 manat, mövcud pərakəndə satış qiyməti 32,80 manatdır. “Qrasulan”ın təsdiq edilən pərakəndə satış qiyməti 8,33 manat, mövcud pərakəndə satış qiyməti 28,60 manat təşkil edir. Siyahını xeyli uzatmaq olar. Ancaq artıq aydın görünür ki, dərmanların yeni qiymətləri ilə köhnə (oxu - hazırkı) qiymətləri arasında böyük fərq var.

Yeri gəlmişkən, siyahıda ən ucuz dərman 10 qəpiyə satılan “Asetilsalisil turşusu”, ən baha dərman isə Çin istehsalı olan, bununla belə 84 manata satılan “Tenstar”dır (qablaşdırma miqdarı 50 kapsul). Hər iki dərman vasitəsinin qiyməti TŞ-nın yeni qərarından sonra da dəyişməyib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR