Beynəlxalq Bankdan nazirin ixtisar açıqlamasına CAVAB
Bizi izləyin

Ekopublika.az

Beynəlxalq Bankdan nazirin ixtisar açıqlamasına CAVAB

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu müəssisədə ciddi ixtisarların aparılacağı ilə bağlı ötən gün maliyyə naziri Samir Şərifovun verdiyi açıqlamaya münasibət bildirib.

Bankdan "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, ABB-nin yeni strukturunun və ştat vahidlərinin sayı artıq təsdiqlənib: "ABB-nin həm strukturu, həm də ştat vahidləri indiki mərhələdə bank qarşısında duran tələb və vəzifələrə uyğunlaşdırılıb. Eyni zamanda, xərclərə mümkün qədər qənaət prinsipi də vacib amillərdən biri kimi nəzərə alınıb. Bu cür optimallaşdırma tədbirləri fəaliyyətin səmərəliliyinin, faydalı iş əmsalının artırılmasına, bankda korporativ idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. Bankda institusional inkişaf prosesləri davam etdirilir. Bu prosesdə strateji baxımdan perspektivli sayılan istiqamətlərə dəstək verildiyi kimi, az səmərəli sahələr üzrə adekvat tədbirlərin həyata keçirilməsi də istisna deyil".

Qeyd edək ki, ötən gün maliyyə naziri Samir Şərifov bildirib ki, ABB-də ciddi ixtisarların aparılması nəzərdə tutulub. Nazirin sözlərinə görə, bankın əməkdaşlarının 25-30%-i ixtisar oluna bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm