• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İqtisadiyyatının qeyri-neft sektoru il ərzində 9 faiz artıb

İqtisadiyyatının qeyri-neft sektoru il ərzində 9 faiz artıb

2014-cü ilin yanvar-fevral aylarının yekunları üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 8,5 milyard manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabata görə, yanvar-fevralda əhalinin hər nəfərinə 903,5 manatlıq (1151,9 ABŞ dolları) əlavə dəyər istehsal olunub.

Göstərilən dövrdə ÜDM-in 61,3 faizi istehsal sahələrində formalaşıb ki, bunun 50 faizə qədəri sənayedə, 8,8 faizi tikinti kompleksində, 2,5 faizi kənd, meşə və balıqçılıq təsərrüfatlarında istehsal edilib. ÜDM-in 38,7 faizi xidmət sektorunda yaradılıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7 faizini və ya 591,5 milyon manat təşkil edib.

Xidmət sektorunda ÜDM-in 9,1 faizi nəqliyyat vasitələrinin ticarəti və təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və kommunikasiya xidmətləri, 11,9 faizi isə sosial və xidmət sahələrinin payına düşür.

Hesabatda deyilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektoru 8,8 faiz artıb və ümumi daxili məhsulda onun payı 53,9 faiz təşkil edib. Neft və qaz hasilatı və emalı sahəsində əlavə dəyər istehsalının həcmi 5,7 faiz azalıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə 2014-cü ilin yanvar-fevral aylarında tikintidə əlavə dəyər istehsalı 21,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə - 17,4 faiz, nəqliyyat vasitələrinin ticarəti və təmiri - 9 faiz, informasiya və kommunikasiya xidmətləri - 11,2 faiz, kənd, meşə və balıqçılıq təsərrüfatlarında 3,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,8 faiz, sosial və xidmət sahələrində isə 3,6 faiz təşkil edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR