İnşaat üçün əsas kapitala yönəldilən vəsait 8% artıb
Bizi izləyin

Ekopublika.az

İnşaat üçün əsas kapitala yönəldilən vəsait 8% artıb

Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 824.6 milyon manatlıq vəsait yönəldilib.

Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 824.6 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu məbləğ 2013-cü ilin müvafiq dövründəkindən 7.9 faiz çoxdur.

Əsas kapitala cəlb olunmuş vəsaitin 1145.0 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunub və müqayisə olunan dövrdə 28.1 faiz artıb.

Əsaslı vəsaitin 70.7 faizi və ya 1290.2 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub.

Bunun 66.1 faizini (1205.8 milyon manatını) daxili investisiyalar təşkil edib.

Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına iki ay ərzində 222.9 min kv.metr yaşayış evləri, 660 şagird yerlik ümumtəhsil məktəbləri, 270 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm