Nəqliyyat kartı metroda niyə işləməyəcək?
Bizi izləyin

Ekopublika.az

Nəqliyyat kartı metroda niyə işləməyəcək?

Hazırda 10 və 95 nömrəli marşrutda kart sistemi tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut üzrə hərəkət edən 650 avtobusda tətbiq olunacaq. Başda Türkiyə olmaqla bir çox qonşu dövlətlərdə, 1 kart vasitəsi ilə bir neçə nəqliyyat vasitəsind

Bir kartla bütün nəqliyyatdan vasitələrindən istifadə etmək olacaqmı?

Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödəniş sisteminin tətbiqinə başlanılıb.

Hazırda 10 və 95 nömrəli marşrutda kart sistemi tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut üzrə hərəkət edən 650 avtobusda tətbiq olunacaq. Başda Türkiyə olmaqla bir çox qonşu dövlətlərdə, 1 kart vasitəsi ilə bir neçə nəqliyyat vasitəsindən istifadə etmək mümkündür.

Məsələn: Avtobus, metro, traleybus, və s. Qonşu dövlətlərə nisbətən isə Azərbaycanda bu haqda tədbir görülməsi düşünülmür. Avtobuslar üçün ayrıca kartlar ixrac olunur. Yəni, bir kart vasitəsi ilə metro və avtobuslardan istifadə etmək mümkün olmayacaq. Bakı Metropolitenin mətbuat xidmətinin rəisi Nəzakət Tanrıverdiyeva Publika.Az -a açıqlamasında bildirib ki: “Nəqliyyat departamenti və Metropoliten arasında kartla bağlı heç bir söhbət olmayıb.

Əgər təklif olarsa təbii ki, dəyərləndirilər”. Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəisi Namiq Həsənov isə suallarımızdan yayınaraq bu barədə fikir bildirməyib.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm