SOCAR Gürcüstanda da məntəqə açdı
Bizi izləyin

Ekopublika.az

SOCAR Gürcüstanda da məntəqə açdı

Gürcüstanda ARDNŞ-nin 108-ci yanacaqdoldurma stansiyası açılıb.

Gürcüstanda ARDNŞ-nin 108-ci yanacaqdoldurma stansiyası açılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyi bu ölkədə 108-ci yanacaqdoldurma stansiyasını istifadəyə verib.

Müasir tələblərə tam cavab verən obyekt Tbilisi şəhərində açılıb. İstehlakçılar burada avtomobilləri üçün benzinlə yanaşı, qaz da ala biləcəklər.

Yanacaqdoldurma stansiyasının açılış mərasimində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkətin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Stansiyada 25 nəfər işlə təmin olunub.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Azərbaycan-Gürcüstan əməkdaşlığının getdikcə möhkəmləndiyini, Gürcüstanın yanacaq bazarında şirkətin mövqeyinin gücləndiyini vurğulayıb, soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm