İnvestisiyaların təxminən 18 faizi qeyri-neft sektorunun payına düşür
Bizi izləyin

Ekopublika.az

İnvestisiyaların təxminən 18 faizi qeyri-neft sektorunun payına düşür

2013-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş xarici kapitalın ümumi həcmi 6,3 milyard dollar təşkil edib ki, burada neft-qaz sektorunun xüsusi çəkisi 82,4 faiz səviyyəsində olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilən tədiyyə balansında deyilir.

Bu investisiyalar Azərbaycan ərazisində əsasən "BP Exploration Ltd" ("Şahdəniz") və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında aparılan neft-qaz layihələri çərçivəsində işlərin maliyyələşdirilməsi məqsədilə istifadə edilib.

AMB-nin hesablamalarına əsasən, qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisiyaların həcmi 1,108 milyard dollar olub ki, bu da ölkəyə cəlb edilmiş birbaşa investisiyaların ümumi həcminin 17,6 faizini təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm