Dünya Bankından Rusiya üçün böhran proqnozu
Bizi izləyin

Ekopublika.az

Dünya Bankından Rusiya üçün böhran proqnozu

Dünya Bankı Rusiyanın iqtisadi artım tempi ilə bağlı proqnozları ən optimist ssenari üzrə 2,2% -dən 2014-cü il üçün 1,1%-ə salıb.

Ukrayna böhranı ilə bağlı pessimist ssenari Rusiya iqtisadiyyatında cari il üçün geriləməni 1,8% həndəvərində qiymətləndirir.

Rusiya iqtisadiyyatının artım templəri üzrə proqnoz 2015-ci il üçün 2,7%-dən 1,3-2,1%-ə endirilib. Az öncə - ötən ilin dekabrında Dünya Bankı Rusiyanın iqtisadi artım tempi üzrə proqnozu 2014-cü il üçün 3,1%-dən 2,2%-ə salmışdı.

Əksinə, ekspertlərə görə, dünya iqtisadiyyatını yaxın illərdə 3,2-3,4%, Avropa Birliyi iqtisadiyyatını 1,1-1,4%,, inkişaf eləməkdə olan ölkələrin iqtisadiyyatını isə 5,3-5,5% arası artım gözləyir. ("Musavat.com")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm