Ölkəyə hansı avtomobillər buraxılmayacaq?
Bizi izləyin

Ekopublika.az

Ölkəyə hansı avtomobillər buraxılmayacaq?

“9 yanvar 2014 -cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi keçirilmiş Nazirlər Kabinetinin iclasında Ekologiya qorunması , atmosferi çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması və vətəndaşları ekoloji təhlükəsi

Azərbaycan Respublikasının Nazirlər Kabineti 14 yanvar 2014 -cü il tarixində 2 nömrəli qərar qəbul edib. Qərara əsasən 1 aprel 2014 - cü il tarixindən Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro -4 ekoloji normaları tətbiq ediləcək.

Bununla əlaqədar olaraq 15 yanvar 2014 -cü il tarixində Standartlaşdırma , Metrologiya və Patent üzrə Dövlət Komitəsində mətbuat konfransi keçirilib. Mətbuat konfransında çıxış edən Standartlaşdırma , Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib ki: “9 yanvar 2014 -cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi keçirilmiş Nazirlər Kabinetinin iclasında Ekologiya qorunması , atmosferi çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması və vətəndaşları ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə bağlı ölkə başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq işlər sürətləndirilmişdir”.

Sabiq Abdullayev havanı çirkləndirən əsas amilin məhz avtonəqliyyat vasitələri olduğunu qeyd edərək , Ekologiya qorunmasında “Avro 4 standartı” na keçidin zəruri olduğunu bildirmişdir . Bundan başqa Azərbaycanın müşahidə olunan sürətli inkişafını nəzərə alaraq ölkənin avtoparkının müasir avtomobillərlə əvəzlənməsi məqsədilə “Avro 4 standartı” mühüm rol oynadığı qeyd edilmişdir. Onun sözlərinə görə, “Avro 4 standartı” nın 1 aprel 2014 - cü il tarixindən tətbiqi ilə bağlı artıq müvafiq qurumlar səlahiyyətlərinə uyğun olaraq işlərə başlayıblar.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasında qüvvədə olan AZS 636-2012 “Yol nəqliyyat . Ekologiya siniflər” dövlət standartına əsasən ekologiya sinif - nəqliyyat vasitəsinin konstruksiyasına görə nəzərdə tutulmuş tullantılar səviyyəsindən asılı olaraq nəqliyyat vasitəsini xarakterizə edən təsnifat kodu hesab olunur. Konstruksiya ilə nəzərdə tutulmuş tullantılar səviyyəsindən asılı olaraq nəqliyyat vasitələri 6 ekoloji sinfə bölünür.

Standart tələblərinə uyğun olaraq 1 aprel 2014 - cü il tarixdən etibarən avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə idxalı aşağıdakı cədvələ uyğun həyata keçiriləcək : ( Nəqliyyat vasitəsinin mənşə ölkəsi ) ( Nəqliyyat vasitəsinin buraxılış illəri ) Avropa İttifaqına daxil olan ölkələr (Almaniya , Böyük Britaniya , Belçika , Avstriya , Çexiya , Polşa , Hollandiya , İtaliya və s. )

ABŞ 2004- cü ildən

Yaponiya 2011-ci ildən

Çin 2011-ci ildən

Koreya 2006 -cı ildən

Türkiyə 2009 -cu ildən

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm