Ekopublika.az
Azərbaycan dünya ticarəti üzrə mövqeyini yaxşılaşdırıb
Azərbaycan dünya ticarətinə cəlb edilmə qlobal reytinqində 4 pillə irəliləyərək 77-ci yerdə qərarlaşıb. Bu barədə Dünya İqtisadi Forumunun (DİF) hesabatında deyilir.
DİF-in dərc etdiyi "Dünya ticarətinə cəlb edilmə-2014" hesabatı
138 ölkəni əhatə edib. Məruzə ETI ticarətinə cəlb edilmə indeksinə
əsaslanır və 4 göstəricini - "Daxili bazara çıxış", "Sərhəddə
inzibati idarəetmə", "İşgüzar mühit" və "Nəqliyyat və kommunal
infrastruktur"u nəzərə alır.
2012-ci ildə hazırlanmış sonuncu hesabatda Azərbaycan 81-ci mövqedə
qərarlaşmışdı.
Azərbaycan 2014-cü ildə daxili bazara çıxış göstəricisi üzrə 66-cı,
sərhəddə inzibati idarəetmə üzrə 94-cü olub. Ölkə işgüzar mühit
göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci
olub.
Məruzədə, həmçinin ölkənin ticarətin sadələşdirilməsi üzrə
tədbirlər və digər sahələrdə əldə etdiyi uğurlar qeyd olunur. Belə
ki, Azərbaycan "Gömrük şəffaflığı indeksi" göstəricisi üzrə 39-cu,
"Dövlət tənzimləmə normalarına uyğunluğun sadəliyi" üzrə 19-cu,
"Xarici iştiraka açıqlıq" komponentləri üzrə 34-cü, "Əcnəbi işçi
qüvvəsini işəgötürmə sadəliyi" üzrə 30-cu, "Cinayətkarlıqla bağlı
məsrəflər" üzrə 45-ci, "Hava nəqliyyatı infrastrukturunun
keyfiyyəti" üzrə 46-cı, "Dəmiryol infrastrukturunun keyfiyyəti"
üzrə 35-ci, "Nəqletmə növünün dəyişməsinin səmərəliliyi" üzrə
43-cü, "Biznes-biznes sövdələşmələrində İKT-dən istifadə" üzrə
46-cı, həmçinin "Biznes-müştəri sövdələşmələrində İKT-dən istifadə"
komponentləri üzrə 50-ci yeri tutub.
Bundan başqa, Azərbaycan digər əlavə göstəricilər üzrə aşağıdakı
mövqelərdə qərarlaşıb: "İdxal üçün zəruri olan sənədlərin sayı"
üzrə 126-cı, "İdxalın dəyəri" (konteynerə görə, dollarda) üzrə
127-ci, "İxrac üçün zəruri olan sənədlərin sayı" üzrə 121-ci,
"İxracın dəyəri" (konteynerə görə, dollarda) üzrə 134-cü,
"Logistikanın kifayətliliyi" üzrə 134-cü, "Məhkəmə effektivliyi və
kommersiya mübahisələrində qərəzsizlik" üzrə 106-cı yer.
Hesabatın nəticələri göstərir ki, Sinqapur cəlb edilmə qlobal
reytinqinə başçılıq edir. İkinci və üçüncü yerləri, müvafiq olaraq,
Honq Konq və Niderland tutur. ABŞ məruzənin əhatə etdiyi 138 ölkə
arasında 15-cidir.
Regionda reytinq üzrə ən yaxşı mövqe Gürcüstana (36-cı) məxsusdur.
Ukrayna 83-cü, Moldova 92-ci, Qazaxıstan 94-cü, Rusiya 105-ci,
Qırğızıstan isə 109-cudur. DİF-in hesabatında Tacikistan və
Özbəkistan araşdırma mövzusu olmayıb. /Trend/
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı