Ekopublika.az
Sığorta sahəsində gözlənilən yeniliklər müzakirə olunub
Azərbaycanda sığorta sahəsində nəzərdə tutulan yeniliklər Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta komitəsinin iclasında müzakirə edilib.
ASA-nın sədri Orxan Bayramov bildirib ki, iclasda Azərbaycanda
ilk dəfə olaraq sığorta təlim-tədris mərkəzinin yaradılması,
agentlərin keyfiyyət reyestrinin yaradılması, katastrofik risklərlə
bağlı hovuzun yaradılması, həmçinin qanunvericilikdə əhalini və
şirkətləri narahat edən məsələlərlə bağlı bəzi texniki
dəyişikliklər müzakirə olunub.
ASA rəhbərinin sözlərinə görə, təlim-tədris mərkəzinin
assosiasiyanın nəzdində yaradılması nəzərdə tutulur.
Sığorta agentlərinin keyfiyyət reyestrinin yaradılması məsələsi
ətrafında da müzakirələr aparılıb. O.Bayramovun sözlərinə görə,
burada əsas məqsəd yaxşı və pis agentlərin müəyyən edilməsidir:
"Əgər agent qəsdən mənfi hallara yol verirsə, bazar iştirakçıları
bunu bilməli və həmin agenti tanımalıdırlar".
Katastrofik risklərlə bağlı məsələ də geniş müzakirə olunub. Burada
qanunvericiliyə ediləcək vacib dəyişikliklərdən söhbət gedir.
Qanunvericiliyə bütün tərəfləri qane edən texniki dəyişikliklər
edilməsi təklif olunub. ASA rəhbərinin sözlərinə görə, bununla
bağlı təkliflər toplanıb ümumiləşdiriləcək və Maliyyə Nazirliyinə
təqdim olunacaq.
İclasla bağlı daha ətraflı məlumatı ASA-ya müraciət etməklə almaq
olar.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular