Ekopublika.az
Azərbaycan-Avstriya iqtisadi əlaqələri müzakirə olunub
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avstriya
arasındakı mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və
qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Ş.Mustafayev Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi
əlaqələrin uğurla davam etdiyini vurğulayıb. İkitərəfli
əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli rəsmi səfərlər,
aparılan danışıqlar xüsusi əhəmiyyətə malikdir. Qeyd edilib ki, iki
ölkə arasında möhkəm hüquqi baza yaradılıb. Azərbaycanda yaradılmış
əlverişli biznes və investisiya mühitindən yararlanan 50-dən çox
Avstriya şirkəti iqtisadiyyatın müxtəlif sahələrində uğurla
fəaliyyət göstərirlər. 2013-cü ildə Azərbaycan və Avstriya arasında
ticarət dövriyyəsi 85%-ə yaxın artıb. İş adamları arasında
əlaqələrin təşviq edilməsində və inkişafında AZPROMO və Avstriyanın
analoji qurumunun fəaliyyəti təqdirəlayiqdir.
Görüşdə nazir Azərbaycan iqtisadiyyatına, müxtəlif sahələrdə
aparılan islahatlara, ölkəmizin əlverişli coğrafi mövqeyinə, həyata
keçirilən iri layihələrə, qeyri-neft sektorunun prioritetliyinə
dair məlumatları qonağın diqqətinə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan
Ş.Mustafayev işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının
münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl
qoymayaraq Azərbaycan torpaqlarının 20 faizini işğal altında
saxladığını qeyd edib.
K.Kopf ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu
ifadə edib. Azərbaycanın qazandığı nailiyyətləri yüksək
qiymətləndirən qonaq Avstriyanın ölkəmizlə əlaqələrin daha da
inkişafında maraqlı olduğunu bildirib.
Görüşdə iştirak edən Avstriya şirkətləri fəaliyyətləri barədə
məlumat veriblər.
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ