“Baltika-Bakı” şirkətinin rəhbəri dəyişdi - FOTO
Bizi izləyin

Ekopublika.az

“Baltika-Bakı” şirkətinin rəhbəri dəyişdi - FOTO

“Baltika-Bakı” şirkətinin baş direktoru Sergey Tolmaçev tutduğu vəzifədən azad edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, onun yerinə Viktor Semak təyin olunub. Viktor Semak bu il mayın 1-dən etibarən baş direktor vəzifəsinin icrasına başlayıb.

Viktor Semak “Carslberg Group”-a daxil olan “Baltika-Baku” şirkəti ilə yanaşı, Qazaxıstanda fəaliyyət göstərən “Carslberg Kazakhstan” şirkətinə də rəhbərlik edəcək.

Xatırladaq ki, Viktor Semak 2005-ci ildə “Baltika” şirkətinin Qərbi Avropa regionunda satış üzrə vitse-prezident təyin olunub. O, 2007-ci ildə pivə istehsalı zavodu olan “Olivariya”nın (Belarus) baş direktoru vəzifəsinin icrasına başlayıb.

2013-cü ilin mart ayından etibarən isə Viktor Semak “Carlsberg Kazakhstan” şirkətinin prezidenti təyin olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm