İcbari sığorta olunan avtomobillərin sayı artıb
Bizi izləyin

Ekopublika.az

İcbari sığorta olunan avtomobillərin sayı artıb

2016-cı ilin aprel ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 109 121 müqavilə qeydiyyata alınıb.

Publika.az xəbər verir ki, bunların 10 147-i xarici ölkədə qeydiyyata alınıb. Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

2016-cı ilin aprel ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 8,4 milyon manat olub. 2015-ci ilin aprel ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 2,7%, sığorta haqlarının məbləğində isə 5,8% artım baş verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm