Bakı Fond Birjasında hərrac
Bizi izləyin

Ekopublika.az

Bakı Fond Birjasında hərrac

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102011498 seriyalı, 91 gün tədavül müddətli, 15 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Publika.az-ın Birjaya istinadən verdiyi xəbərə görə, hərracda 7 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 44 451 100 manat təşkil edib.

Sifarişlər 97,6000 (gəlirlik - 9,9999%)-96,2020 (gəlirlik - 16,0549%) qiymət intervalında təqdim olunub. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 97,1320 (gəlirlik - 12,0075%), orta ölçülmüş qiymət isə 97,2377 (gəlirlik - 11,5524 %) səviyyəsində müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 4 may (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi 2 avqust 2016-cı ildir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm