Ekopublika.az
Bakı Baş Gömrük İdarəsinin yeni binası açıldı - FOTOLAR
Bu gün Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, idarənin açılışında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və bəzi xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib.
Bildirilib ki, strukturuna 10 şöbə, 10 gömrük postu və 9 bölmə daxil olan idarədə təxminən 360 nəfər çalışır. Yeni inzibati binada malların elektron formada bəyan olunmasının həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.
“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrası ilə əlaqədar Bakı Baş Gömrük İdarəsi müəyyən tədbirlır həyata keçirib. Nəticədə gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxt itkisi qısaldılıb, sahibkarlarla gömrük əməkdaşlarının təması minimuma endirilib, şəffaflıq tamamilə təmin edilib.
Görülən tədirlər nəticəsində 2016-cı ilin birinci rübü ərzində xarici ticarətin gömrük statistikasına daxil olan malların dövriyyəsinin statistik dəyəri 1 295 870 ABŞ dollarına çatıb, idxal olunan çmalların ümumi çəkisi 855, 657 min ton təşkil edib. Cari ilin birinci rübü ərzində dövlət büdcəsinə 277 milyon 370 min manat vəsait köçürülüb ki, bu da keçən ilin birinci rübünə nisbətən 1,5 faiz artıqdır.
Vasif Həsənli
-
Qarabağ 17:13
Xankəndidə 30 ildən sonra bir ilk yaşandı - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ