Neft şirkətləri birinci rübdə nə qədər itirib
Bizi izləyin

Ekopublika.az

Neft şirkətləri birinci rübdə nə qədər itirib

Dünyanın aparıcı neft şirkətləri birinci rübün nəticələrini açıqlayıblar.

Publika.az xəbər verir ki, Amerikanın “Chevron” şirkətinin 2016-cı ilin birinci rübündə bir il əvvəlki 2,57 milyard dollar gəlirə qarşı 725 milyon dollar zərərə düşdüyü bəlli olub. Şirkətin hesabatında bildirilir ki, şirkətin gəliri 31,8% azalıb – keçən ilin analoji dövrü ilə müqayisədə 23,55 milyard dollar olub.

2016-cı ilin birinci rübündə karbohidrogen hasilatı 2015-ci il səviyyəsində qalıb və gündə 2.67 milyon barel təşkil edib.

“Chevron” ardıcıl olaraq iki rübdür zərər əldə edir. IV rübdə şirkət bir il əvvəlki 3.47 milyard dollar mənfəətə qarşı 588 milyon dollar zərərə düşdüyü barədə məlumat vermişdi.

“ExxonMobil”in də birinci rübdə xalis mənfəəti 2.7 dəfə azalıb (1,81 milyard dollara qədər). Keçən ilin analoji dövründə bu göstərici 4,94 milyard dollar idi. 2016-cı ilin birinci rübündə şirkətin gəliri 27.9% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə 48,7 milyard dollara qədər.

Hesabat dövründə şirkətin kapital xərcləri 5,1 milyard dollar təşkil edib ki, bu da 2015-ci ilin göstəricisndən 33% azdır. Karbohidrogenlər hasilatı 2015-ci ilin birinci rübü ilə müqayisədə 1.8% artıb.

BP-nin zərərinə gəlincə, əvvəlki dövrlə müqayisədə 2,602 milyard dollar mənfəətə qarşı 583 milyon dollar təşkil edib. Şirkətin rüblük hesabatına əsasən BP-nin ümumi gəliri 30.6% azalaraq 38,512 milyard dollar olub. Şirkətin neft hasilatı yanvar-martda 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5.2% artaraq gündə 2,428 milyon barel neft ekvivalenti təçkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm