Daşınmaz əmlak sığortasında azalma müşahidə olunur
Bizi izləyin

Ekopublika.az

Daşınmaz əmlak sığortasında azalma müşahidə olunur

Daşınmaz əmlakın icbari sığortasında ciddi azalma müşahidə olunur.

İcbari Sığorta Bürosundan Publika.az-a verilən məlumata görə, aprel ayında bu sahədə cəmi 6 894 sığorta müqaviləsi bağlanıb. Məlumata görə, həmin müqavilələrlə daşınmaz əmlakın icbari sığortasından 1,2 milyon manatdan artıq vəsait əldə edilib. Müqavilələrin 60 faizi yaşayış evləri, mənzillər, 0,5 faizi inzibati binalar, 39,4 faizi isə digər daşınmaz əmlakla bağlı olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə müqavilələri sayında 37,1 , sığorta haqlarının məbləğində isə 19,4 faiz azalma qeydə alınıb.

Daşınmaz əmlakın icbari sığortası statistikasında fevral və mart aylarında da azalma müşahidə olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm