İpoteka Fondu bazardan 390 mln. manat məbləğində vəsait cəlb edib
Bizi izləyin

Ekopublika.az

İpoteka Fondu bazardan 390 mln. manat məbləğində vəsait cəlb edib

İpoteka Fondu tərəfindən ipoteka kreditləşməsinin bərpa edilməsi və davamlılığının təmin edilməsi məqsədilə bu günə qədər 9 emissiya üzrə 390 mln. manat məbləğində vəsait bazardan cəlb edilib.

Publika.az İpoteka Fonduna istinadən bildirir ki, İpoteka ilə təmin edilmiş istiqrazların emissiyası təkrar ipoteka bazarının inkişafında və ipoteka kreditləşməsinin davamlılığının təmin edilməsində mühüm rol oynayıb: "İlk dəfə olaraq, 29 may 2009-cu il tarixində Azərbaycan İpoteka Fondunun 55 000 000 (əlli beş milyon) manat məbləğində 7 il müddətinə AZ2001008682 nömrəli təmin edilmiş istiqrazları dövlət qeydiyyatına alınıb”.

Məlumat üçün bildiririk ki, Fondun aktiv və passivlərinin effektiv idarə edilməsi modeli, dayanıqlı likvidlik mövqeyi və kredit portfelinin yüksək keyfiyyəti sayəsində birinci emissiya üzrə öhdəliklər (55 mln. manat) hətta vaxtından əvvəl icra olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm