İEA: Neft bahalaşacaq
Bizi izləyin

Ekopublika.az

İEA: Neft bahalaşacaq

Beynəlxalq Enerji Agentliyi (İEA) İranın neft hasilatı və ixracında baş verən artıma baxmayaraq, qlobal neft bazarlarının tarazlığa yaxın olduğunu bildirib.

Publika.az xəbər verir ki, agentliyin aprel ayı neft bazarı hesabatında belə qeyd edilir. Bildirilir ki, İranın istehsalı keçən ay gündəlik 300 min barel artaraq 3,56 milyon barelə çatıb. Bu da 2011-ci ilin noyabr ayından bəri ən yüksək səviyyədir. İxrac isə gündəlik 600 min barel artaraq gündəlik 2 milyon barelə çatıb.

İranın hasilatındakı bu artıma baxmayaraq qlobal neft ehtiyatlarındakı yüksəlişin ilin ikinci yarısında yavaşlayacağını proqnozlaşdıran IEA ilin birinci yarısında gündəlik 1,3 milyon barel olan ehtiyat artımı sürətinin ilin 2-ci yarısında gündəlik 200 min barel olacağını təxmin edib.

Hesabatda qeyd olunub ki, OPEC üzvü olmayan ölkələrin neft hasilatlarında 2016-cı il üçün azalma proqnozunu gündəlik 710 min bareldən 800 min barelə, qlobal neft tələbində artım proqnozunu isə gündəlik 1,16 milyon bareldən 1,2 milyon barelə qaldırıb. OPEC üzvü olmayan ölkələrin neft hasilatı aprel ayında gündəlik 125 min barel azalma ilə 56,6 milyon bareə enib.

OPEC-in hasilatı isə aprel ayında gündəlik 330 min barel artaraq 32,76 milyon barelə çatıb. İEA İran, İraq və BƏƏ-nin hasilatı artarkən Nigeriya, Liviya və Venesuelanın hasilatlarının ötən illə müqayisədə gündəlik 450 min barel azaldığına diqqət çəkib. Səudiyyə Ərəbistanı isə hasilatını gündəlik 10,2 milyon barel səviyyəsində qoruyub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm