Kənd təsərrüfatı məhsulları ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

Kənd təsərrüfatı məhsulları ucuzlaşıb

2016-cı ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 21,0 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb.

Dövlət Statistika komitəsindən Publika.az-a bildirilib ki, bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin ucuzlaşmasına əsasən 2015-ci ildə əvvəlki ilə nisbətən ölkədə buğdanın məhsuldarlığının yüksəlməsi hesabına onun istehsalının 16,5 faiz artması, son dövrlərdə dünya bazarında buğdanın qiymətinin aşağı düşməsi, cari ilin yanvar ayından etibarən buğdanın idxalına və satışına əlavə dəyər vergisinin tətbiqinin dayandırılması təsir göstərib. Bundan əlavə, bir sıra tərəvəz məhsullarının qiymətləri də aşağı düşüb.

2016-cı ilin aprelində marta nisbətən bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin 0,2 faiz ucuzlaşmasına, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,2 faiz bahalaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb.

Apreldə mart ilə müqayisədə bitkiçilik məhsullarından alma və kələmin istehsalçı qiymətlərində bahalaşma, fındıq, xiyar və pomidorun istehsalçı qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Aprel ayı ərzində heyvandarlıq məhsullarından süd və qoyun ətinin istehsalçı qiymətlərində ucuzlaşma, yumurtanın, mal və quş ətinin istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm