Neftin qiyməti 250 dollar olacaq
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti 250 dollar olacaq

2040-cı ildə neftin bir barelinin dəyəri 250 dolları ötə bilər.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Energetika Nazirliyinin yanında İnformasiya idarəsinin məruzəsində deyilir.

İdarə hadisələrin inkişafını, o cümlədən Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) və başqa ölkələrin mümkün qərarlarını, yanacağa olan tələbatın dinamikalarını nəzərə alaraq üç ssenarisi hazırlayıb: müsbət, həqiqi və mənfi.

Müsbət ssenariyə görə, 2040-cı ilə neftin qiyməti 252 dollara qədər arta bilər. Mənfi ssenaridə 76, həqiqi ssenaridə isə neftin bir barelinin qiymətinin 141 dollar olacağı proqnozlaşdırılır.

ABŞ Energetika Nazirliyində gözləyirlər ki, dünyanın enerji istehlakı 25 il sonra təxminən 48 faiz artacaq. Bu əsasən Çin və Hindistan daxil olmaqla, Asiyanın inkişaf edən iqtisadiyyatlarının hesabına olacaq. Çin və Hindistan neftin əsas istehlakçıları olacaqlar.

Qeyd edək ki, son iki il ərzində neftin qiyməti təxminən üç dəfə azalıb. 2016-cı ilin əvvəlində “qara qızıl”ın qiyməti 25 dollara düşməklə tarixi minimum qeydə alınıb. Amma martda qiymət tədricən artmağa başlayıb. Hazırda "Brent" markalı neftin bir bareli 48 dollardır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm