• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Premium Euro-95" markalı benzin satışa çıxarılıb

"Premium Euro-95" markalı benzin satışa çıxarılıb

Azərbaycanda yanacaqdoldurma məntəqələrində "Premium Euro-95" markalı benzin satışa çıxarılıb.

Trend-in məlumatına görə, bu markadan olan bezninin pərakəndə satış qiyməti 0,93 manatdır.

"Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

Respublikada istehsal edilən benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

Şuradan daha əvvəl verilən məlumata görə, yüksək avrostandartlara cavab verən avtomobil benzininin daha aşağı qiymətlərlə ölkəyə idxalına şərait yaradılması məqsədilə Nazirlər Kabineti idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumlarını 15 faizdən sıfıra, aksiz dərəcələrini isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirib.

Dünən Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azaldılıb.

Şuradan qeyd ediblər ki, bütün bunlar yüksək avrostandartlara cavab verən avtomobil benzininin ("Premium Avro-95" və "Super Avro-98") nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir. Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır.

Qeyd edək ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində demək olar ki, istifadə olunmur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR