9,4 milyard manatlıq istehsal
Bizi izləyin

Ekopublika.az

9,4 milyard manatlıq istehsal

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-aprel aylarında 9,4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilib.

Publika.az xəbər verir ki, azalmaya səbəb xam neft hasilatının 1,8 faiz, qaz hasilatının 9,8 faiz, elektrik enerjisi istehsalının 7,6 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının aşağı düşməsi olub.

Sənaye məhsulunun 63,9 faizi mədənçıxarma sektorunda, 28,6 faizi emal sektorunda, 6,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda məhsul istehsalı 1,3 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz, içkilərin istehsalı 8,2 faiz, tütün məmulatlarının istehsalı 52,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,5 dəfə, hazır metal məmulatlarının istehsalı 36,5 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 7,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artıb. Geyim istehsalı 19,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 72,9 faiz, kağız və karton istehsalı 14,9 faiz, poliqrafiya məhsullarının istehsalı 6,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4 faiz, tikinti materiallarının istehsalı 28,6 faiz, maşın və avadanlıqların istehsalı 20,5 faiz, mebel istehsalı isə 14,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,6 faiz azalıb. ənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,2 faiz artmış, neft sektorunda isə 1,7 faiz azalma baş verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm