Valyuta bazarının həcmi azalıb
Bizi izləyin

Ekopublika.az

Valyuta bazarının həcmi azalıb

2016-cı ilin I rübü ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.7 dəfə azalıb. Dövr ərzində valyuta bazarında əməliyyatların 82%-i dollarda,18%-i digər valyutalarda aparılıb. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib.

2016-cı ilin yanvar-mart aylarında banklar tərəfindən satılan xalis nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 mln. dollar, avro ilə əməliyyatlar isə 3.5 dəfə azalaraq 69 mln. avro olub. Nağd xarici valyutaya tələbin azalması şəraitində rüb ərzində banklar tərəfindən gətirilən nağd ABŞ dolları ötən ilin müvafiq dövrünə nəzərən 6.2 dəfə azalıb. Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədardır. Xarici valyutaya tələbin azalmasının əsas amillərindən biri mal və xidmət idxalının azalması olub. Bundan başqa dövr ərzində ötən müşahidə olunan dollarlaşma prosesinin səngiməsi də xaric valyutaya tələbin azalmasında rol oynayıb.

Valyuta təklifinin aşağı düşməsi əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən (ARDNF) valyuta satışlarının azalması ilə əlaqədar olub. Belə ki, ARDNF-in xarici valyuta satışları ötən ilin müvafiq

dövrü ilə müqayisədə 41% azalıb. Digər mənbələrdən də (xaricdən pul baratları, ixrac və s.) xarici valyuta təklifinin azalması cari ilin I rübündə davam edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm