• USD 1,7001 -0,01% EUR 2,0000 -0,14%
    • GBP 2,2421 -0,52% RUB 0,0297 0,00%

Çipras: “TAP ilə yeni era başlanır”

Çipras: “TAP ilə yeni era başlanır”

“TAP-ın tikintisinin başlanması yeni eranın başlanğıcıdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Yunanıstanın baş naziri Aleksis Çipras Salonikdə Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinin başlanmasına həsr olunan mərasimdə deyib.

ERT yunan ictimai televiziyası ilə birbaşa translyasiya edilən mərasimdə baş nazir TAP-ın dünyanın ən böyük layihələrindən biri olduğunu bildirib: “Yunanıstan regionun energetika düyününə çevrilir. TAP-ın büdcəsi 1,5 milyard avronu keçir. Bu, Yunanıstanın ən böyük investisiya layihələrindən biridir. Layihənin reallaşdırılması üçün 8 min iş yeri açılacaq. Layihənin reallaşdırılmasında yunan müəssisələri iştirak edəcək. Artıq 270 min ton boru kəmərinin çatdırılması barədə razılaşmalar imzalanıb”, - baş nazir bildirib.

Qeyd edək ki, "Şahdəniz" Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi 2013-cü ildə TAP-ı seçib. TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir.

TAP-ın uzunluğu 880 kilometrdir. Kəmərin 550 kilometri Yunanıstandan keçəcək. Kəmər üzrə qazın çatdırılmasına 2020-ci ildə başlanması planlaşdırılır. Layihə ABŞ və Avropa Komissiyasının tam dəstəyini alıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>