5 ayda 400 milyon dollarlıq idxal
Bizi izləyin

Ekopublika.az

5 ayda 400 milyon dollarlıq idxal

Bu ilin 5 ayında ölkəyə 400 milyon 148 milyon ABŞ dolları məbləğində yeyinti məhsulları idxal edilib.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% azdır. Hesabat dövründə ət idxalı 8.03% artaraq 8 milyon 225.5 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 111% artaraq 19 milyon 669.66 min dollar, meyvə-tərəvəz idxalı 110% artaraq 58 milyon 66.62 min dollar, çay idxalı 200% artaraq 11 milyon 392.82 min dollar, bitki və yevan mənşəli yağların idxalı 43.41% artaraq 41 milyon 735 min dollar, şəkər idxalı isə 16.66% artaraq 43 milyon 549 min dollar təşkil edib. İlk 4 ayda süd idxalı isə 12,2% azalaraq 2 milyon 115 min dollar olub.

Ümumilikdə, 2016-cı ilin yanvar-aprel aylarında idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 23,85% azalaraq 2 milyard 594 milyon 180.62 min dollar təşkil edib. İdxalın 15.42%- yeyinti məhsullarının payına düşüb. Buğda idxalı 50%-ə yaxın azalıb. Azərbaycana 93 milyon 415 min dollar məbləğində buğda idxal olunub. Ötən ilin anoloji dövründə bu məbləğ 174 milyon 255.95 min dollar idi.

İqtisadiyya şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm