SOCAR yeraltı qaz anbarlarındakı ehtiyatlarını açıqladı
Bizi izləyin

Ekopublika.az

SOCAR yeraltı qaz anbarlarındakı ehtiyatlarını açıqladı

Növbəti payız-qış mövsümünə hazırlıqla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaradağ” və “Qalmaz” qaz anbarlarına təbii qazın vurulması prosesi uğurla davam etdirilir. Bu proses mövcud qrafikə uyğun olaraq, martın sonunda başlayıb və noyabr ayında başa çatacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, mayın 18-dək anbarlara ümumilikdə 382,438 mln. kubmetr həcmində qaz vurulub.

Bunun 134,195 mln. kubmetri “Qalmaz”, 248,243 mln. kubmetri isə “Qaradağ” qaz anbarlarının payına düşür. Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlardakı qaz ehtiyatı 1,363 mlrd. kubmetrdən çoxdur. Bu həcmin 632,6 mln. kubmetri “Qalmaz”, 730,7 mln. kubmetri isə “Qaradağ” qaz anbarlarının payına düşür.

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir. Yeraltı anbarlara vurulan təbii qazın miqdarı onu deməyə əsas verir ki, əvvəlki illərdə olduğu kimi, bu ilin payız-qış mövsümündə də ölkə istehlakçılarının “mavi yanacaq”la təchizatında heç bir problem olmayacaq", - deyə şirkətdən qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm