Ödəmə vaxtı keçmiş kreditlərin həcmi 6,7 faizə çatıb
Bizi izləyin

Ekopublika.az

Ödəmə vaxtı keçmiş kreditlərin həcmi 6,7 faizə çatıb

2016-cı ilin aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 19687,0 milyon manat təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, onun 15203,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il aprel ayının 1-i ilə müqayisədə 4,6 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il aprel ayının 1-nə 7888,9 milyon manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm