• USD 1,7008 0,00% EUR 2,0081 +0,46%
    • GBP 2,1911 +0,05% RUB 0,0288 0,00%

Vahid Əhmədov: “Gömrükdə hər şey tam şəffafdır” – FOTOLAR

Vahid Əhmədov: “Gömrükdə hər şey tam şəffafdır” – FOTOLAR

“Son vaxtlar dünyada çox ciddi siyasi proseslər gedir. Xüsusilə də Ərəb ölkələrində baş verən hadisələr, Rusiyanın Krımı ilhaqı, Ukraynanın Dobas və Donetski ərazilərində baş verən hadisələrin hamsı dünya iqtisadiyyatına ciddi təsir göstərir”.

Publika.az-ın Qubaya ezam olunan əməkdaşı xəbər verir ki, bu fikirləri bu gün Qafqaz Universiteti tərəfindən Qubada “İqtisadi böhran konteksində ixracın stimullaşdırılması” mövzusunda keçirilən 5-ci Qafqaz İqtisadi Forumunda çıxışı zamanı Azərbaycanın baş nazirinin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Deputat deyib ki, dünyada neftin qiymətinin aşağı düşməsi iqtisadi deyil, siyasi məsələdir:

“Mənə çox vaxt deyirlər ki, neftin qiymətinin kəskin aşağı düşməsi iqtisadi məsələdir. Mən isə deyirəm ki, xeyr, bu sırf siyasi məsələdir. Yəni, burada iqtisadiyyatla bağlı heçnə yoxdur. Faktiki olaraq ABŞ dünyada neftin qiymətinə nəzarət edən dövlətdir və bu, hazırda da davam edir. ABŞ neftin qiymətinə nəzarət etməklə neft ixrac edən ölkələr üçünn çox ciddi problemlər yaradıb.

Bilirsiniz ki, Azərbaycan da neft ixrac edən ölkədir. 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” neft kontraktından sonra Azərbaycana külli miqdarda valyuta daxil olub. Bu valyutaların Azərbaycana daxil olması 2000-ci ildən etibarən başlayıb”.

V.Əhmədov qeyd edib ki, 2000-ci ildən bəri Azərbaycan neft ixracından təqribən 200 milyard dollar vəsait əldə edib:

“Bu illər ərzində Azərbaycana 100 milyardlarla investisiya vəsaitləri qoyulub. Amma 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində dünyada neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına çox ciddi təsir göstərdi. Təsəvvür edin ki, bizdə büdcə müzakirə olunan zaman heç vaxt gəlir və xərc hissəsində kəsir olmurdu. Ancaq ötən gün Milli Məclisdə biz 2015-ci il dövlət büdcəsinin icrasını müzakirə edirdik. Biz 2015-ci ildə biz büdcənin xərc hissəsinin yalnız 84 faizini icra edə bilmişik. Bu, çox aşağı rəqəmdir. Yəni, 15 faiz kəsir var. Ümumiyyətlə, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına çox mənfi təsir göstərib. Açığı deyim ki, biz bunu gözləyirdik. Biz əvvəlcədən bilirdik ki, 2011-ci ildən başlayaraq, Azərbaycanda neftin hasilatı kəskin aşağı düşəcək. Çünki nə neft, nə də quyuları daimidir. Yeni neft-qaz quyuları kəşf etmək isə o qədər də asan məsələ deyil. Bunun üçün külli miqdarda sərmayə lazımdır. Eyni zamanda, köhnə quyular da sıradan çıxır. 2011-ci ildən başlayaraq, Azərbaycanda neft hasilatı ildə təqribən 5-6 milyon ton aşağı düşməyə başlayıb. Neftin hasilatı hazırda da aşağı düşməkdə davam edir. Bu, birinci amil idi. İkinci səbəb isə dünyada baş verən siyasi hadisələrlə bağlı neftin qiymətinin aşağı düşməsi olub. Heç kəs gözləməzdi ki, qəfil neftin qiyməti 37-38 dollara düşəcək. Ancaq vaxt var idi ki, 2012-2013-cü illərdə neftin qiyməti təqribən 150 dollara qalxmışdı. Hamı da elə bilirdi ki, bu belə də davam edəcək. Amma bu belə gedə bilməzdi. Bunu hər kəs öncədən bilməli idi. Biz hələ o zamandan car çəkirdik ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün çox vacibdir. Yəni, biz qeyri-neft sektoru ilə ciddi məşğul olmasaq, onu inkişaf etdirməsək, böyük problemlər yaranacaq. Cənab Prezident İlham Əliyev hələ 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası zamanı hər zaman Azərbaycan hökuməti qarşısında iki mühim məsələ qoyurdu. Bunlardan biri ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, digəri isə qeyri-neft sektorunun inkişafı ilə bağlı idi. Bu hələ 12 il öncə cənab Prezident tərəfindən ortaya qoyulan məsələ idi. Ancaq çox təəssüf ki, devalvasiya baş verənə qədər real addımlar atılmadı, göstərişlər kağız üzərində qaldı. Nəhayət ki, cənab Prezident şəxsən bu işlə ciddi məşğul olandan sonra 2013-2014-cü illərdə ölkədə qeyri-neft sektoru sahəsində ciddi addımlar atıldı. Son illərə qədər Azərbaycanın dövlət büdcəsinin 80 faizi neftdən gələn gəlirlərin hesabına formalaşmışdı, qeyri-neft sektoru yalnız 20 faiz təşkil edirdi. Amma son iki ildə müəyyən ciddi addımlar atıldığı üçün Azərbaycanın dövlət büdcəsinə gələn neft gəlirləri indi 60 faiz, qeyri-neft sektoru isə 40 faiz təşkil edir. Biz indi çalışırıq ki, heç olmasa yaxın illərdə qeyri-neft sektorunun payı 50 faiz səviyyəsinə çatsın”.

Deputat bildirib ki, son vaxtlar Azərbaycanda çox ciddi addımlar atılır:

“Yəni, cənab Prezident Azərbaycanda yeni bir iqtisadi model ortaya qoyub və bununla bağlı çox ciddi göstərişlər və qərarlar verib. Son vaxtlar ölkə Prezidenti tərəfindən çox ciddi sərəncamlar, Milli Məclis tərəfindən çox əhəmiyyətli sənədlər qəbul olunur. İndi Azərbaycanda korrupsiyaya qarşı çox ciddi mübarizə gedir. Hazırda biz bunun üzərində çox ciddi çalışrıq ki, ölkədə korrupsiya tamamilə aradan qalxsın. Bu gün gömrük sistemində heç bir problem yoxdur. Mən bunu tam səmimi deyirəm. Mənim Azərbaycan Gömrük Komitəsinin sədri, kənd təsərrüfatı və digər nazirlərlə əlaqələrim var. Ona görə də tam səmimi deyirəm ki, indi Azərbaycanın heç bir gömrük keçid məntəqələrində problem mövcud deyil. Gömrükdə hər şey tam şəffafdır. Əgər kimsə qeyri-qanuni nə isə hərəkət etmək istəyirsə, gömrükdə videokameralar quraşıdırlıb. Həmin videokameralar Dövlət Gömrük Komitəsi tərəfindən izlənilir”.

Vasif Həsənli – Quba

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>