Dövlət qurumları nə qədər elektrik enerjisi istifadə edib?
Bizi izləyin

Ekopublika.az

Dövlət qurumları nə qədər elektrik enerjisi istifadə edib?

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 350,9 milyon kVt.saat elektrik və 60,9 min Q.kalori istilik enerjisindən istifadə edilib.

Publika.az xəbər verir ki, elektrik enerjisindən istifadə haqqı 21,1 milyon manat, istilik enerjisindən istifadə haqqı 1,7 milyon manat olub.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 53 milyon kub metr təbii qazdan istifadə olunub. Bu da dəyər ifadədə 5,3 milyon manatlıq sərfiyyat deməkdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 14,6 faiz, təbii qazdan 3,7 faiz çox istifadə edilib. İstilik enerjisindən istifadə isə 5,0 faiz azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm