Hesablama Palatasının 2015-ci il hesabatı
Bizi izləyin

Ekopublika.az

Hesablama Palatasının 2015-ci il hesabatı

Nəzarət tədbirləri üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı 4496,1 min manat, dövlət büdcəsinin xərcləri ilə bağlı 4170,0 min manat məbləğində vəsait, həmçinin, 39,5 min avro dövlət büdcəsinə bərpa edilib.

Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.

Bildirilib ki, əvvəlki illər üzrə aparılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Hesablama Palatası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş materiallar üzrə 1055,0 min manat, digər tədbirlər üzrə isə 565,6 min manat və 20,7 min avro məbləğində vəsaitin bərpası təmin edilib.

Hesabat ilində dövlət büdcəsinə vəsaitlərin bərpası ilə yanaşı, 377,8 min manat məbləğində maliyyələşmənin azaldılmasına nail olunub. Bu da dövlət vəsaitlərinin qənaətli istifadəsini təmin edib. Hesabat ilində nəzarət tədbirləri nəticəsində təmir-tikinti və yenidənqurma işləri üzrə və digər çatışmazlıqlarla bağlı yol verilmiş nöqsanlar üzrə artıq ödənilmiş vəsaitlərin dövlət büdcəsinə bərpası ilə yanaşı, müvafiq olaraq, 1663,4 min manat məbləğində işlər və xidmətlərin görülməsi həyata keçirilib. 1718,0 min manat məbləğində inventar və materialların natura şəklində bərpası təmin edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm