Analitik: “Bu, OPEK-i öldürəcək”
Bizi izləyin

Ekopublika.az

Analitik: “Bu, OPEK-i öldürəcək”

“Səudiyyə Ərəbistanının “Vision-2030” strategiyası krallığın neftdən asılılığını azaltmağa hədəflənib. Bu, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) ölümünün müjdəçisidir”.

Publika.az xəbər verir ki, bunu Avropa energetika maliyyə korporasiyasının direktoru Set Kleynmana istinadən “Bloomberg” agentliyi bildirib.

“Saudi Vision 2030”dan çıxan əsas nəticə odur ki, Səudiyyə Ərəbistanı olmadan OPEK olacaq, yaxud da artıq OPEK olmayacaq”, - Kleynman deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı aprelin sonunda “Vision 2030” proqramını elan edib. Proqram növbəti 15 ildə krallığın iqtisadiyyatının transformasiyasını nəzərdə tutur.

Proqram ölkənin ümumi daxili məhsulunda qeyri-neft ixracının payını 50 faizə qədər yüksəldəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm