"Unibank"ın korporativ müştərisi Çin bazarına hazır məhsul ixrac edəcək
Bizi izləyin

Ekopublika.az

"Unibank"ın korporativ müştərisi Çin bazarına hazır məhsul ixrac edəcək

Azərbaycan müəssisəsi dünyada analoqu olmayan avadanlığın Çinə ixracına başlayacaq. Maşınqayırma Texnologiyası İnstitutu tərəfindən hazırlanan texnoloji avadanlıq, xaricdə böyük maraq doğurub. Layihəyə Unibank dəstək verib. Adətən ölkədaxili tələbatı ödəyən İnstitut, ilk dəfə olaraq xaricə hazır məhsul ixrac edir. “Maşınqayırma Texnologiyası İnstitutu” TASC-nin sədri Elman Əliyev bu avadanlığın fərqliliyi və dünya bazarına çıxış potensialından danışıb.

- Elman müəllim, bir Azərbaycan müəssisəsi üçün dünyanın ən qabaqcıl avadanlıq istehsalçısı olan Çinə texnoloji avadanlıq ixrac etmək böyük nailiyyətdir. Çin şirkətlərinin diqqətini necə çəkə bildiniz?

- Qeyd edim ki, “Maşınqayırma Texnologiyası İnstitutu” ASC 1961–ci ildən fəaliyyət göstərir. Neft–mədən avadanlıqları, maşın və mexanizmlərin, ehtiyat hissələrinin hazırlanması, qeyri–standart avadanlıqların layihələndirilməsi və istehsalı, neft maşınqayırma zavodlarında mütərəqqi texnoloji proseslərin tətbiqi üzrə və onların texniki səviyyəsinin yüksəldilməsi ilə əlaqədar elmi–tədqiqat və layihə–texnologiya işlərinin aparılması üzrə ixtisaslaşıb. Hazırda yerli sifarişləri həyata keçiririk. Çinə avadanlıq ixracı müəssisənin fəaliyyətində bir ilkdir. Biz 2012–ci ildə Çin Xalq Respublikasının “Shan Dong Nine–Ring Petroleum Machinery Co. Lid” şirkəti ilə dərinlik nasoslarının tablanması üçün cihazın layihələndirilib istehsal olunmasına dair müqavilə imzaladıq. Bu müqavilənin dəyəri 2,5 milyon ABŞ dollarını keçir. Çin şirkəti avadanlığın hazırlanmasında bizə kömək etsə də, son mərhələdə maliyyə dəstəyini dayandırdı. Bu zaman biz müəssisə olaraq çox çətin vəziyyətə düşdük. Avadanlığın hazırlanması dayana bilərdi. Çünki layihə çox böyük vəsait tələb edirdi və təbii ki institut olaraq biz bu vəsaiti qarşılamağımız qeyri-mümkün idi. Bu zaman Unibank bizim köməyimizə çatdı. Banka kreditlə bağlı müraciətim qısa müddətdə müsbət cavablandırıldı və Unibankdan aldığımız kredit hesabına biz bu çətin vəziyyətdən çıxdıq. Məhz vaxtında verilmiş kredit, bankın dəstəyi sayəsində biz məhsulumuzu hazır vəziyyətə gətirdik və sifarişçi şirkətə təqdim etdik.

- Unibankla çoxdan əməkdaşlıq edirsiz?

- Mən uzun illərdir ki, Unibankın məhsul və xidmətlərindən istifadə edirəm. Həm dəfələrlə kredit götürmüşəm, həm də hesablarımız da bu bankdadır. Hətta ailəmizdən başqa bankda çalışan olsa da, mən Unibankı ora dəyişməmişəm. Çünki bu uzun illərdə son dərəcə yüksək xidmət görmüşəm. Unibank müştəriyə böyük dəyər verir. Kredit lazım olanda müştərisini darda qoymur, kredit ayırır. Filialda müştərini çox yüksəs səviyyədə qarşılayırlar, əhatəli şəkildə məlumat verirlər. Bir müştəri üçün bank seçmindən daha nə lazımdır ki? Unibankla əməkdaşlığı gələcəkdə də davam etdirmək fikrim var.

- Bildirdiyiniz kimi bu avadanlığın hazırlanması böyük maliyyə vəsaiti tələb edir. Belə böyük büdcəyə başa gələn məhsulun üstünlükləri nədir?

- Əvvala deyim ki, texnoloji imkanlarına görə bizim avadanlığın bazarda bənzəri yoxdu. Biz bu avadanlıqala bağlı patent almaq üçün aidiyyatı quruma müraciət etmişik. Bazarda mövcud olan texnologiyadan fəqrli olaraq, bizim məhsul çoxprofillidir. Digər üstünlüyü isə ucuz metaldan hazırlansa da, çox keyfiyyətli olmasıdır. Biz Çində onların oxşar avadanlıqları ilə tanış olduq. Bu avadanlıqlar çox primitivdir və çoxsaylı işçi qüvvəsi tələb edir. Amma bizim hazırladığımız məhsul sadəcə nəzarət etməklə, avtomatik işləyir. Bu üstünlükləri nəzərə alaraq deyə bilərəm ki, bizim məhsulun dünyada analoqu yoxdur.

- Gələcəkdə Çindən başqa xarici ölkələrə də bu avadanlığı ixrac etmək planınınz varmı?

- Bəli, belə arzularımız, planlarımız var. İmkan olduqca xarici səfərlərdə bu avadanlığın təqdimatını etmək, gələcəkdə istehsal və ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bu planlarımızda da Unibanka güvənirik. İnanıram ki, Unibank indiyədək olduğu kimi bundan sonra da mili istehsalımızın inkişafında, Azərbaycan müəssisələrinin, şirkətlərinin ixrac potensialının genişlənməsində hər zaman dəstək göstərəcək, real iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm