10 gündə 151 milyon dollar
Bizi izləyin

Ekopublika.az

10 gündə 151 milyon dollar

Kommersiya bankları Mərkəzi Bankın son günlərdə təşkil etdiyi hərracda 151,4 milyon dollar alıblar.

Publika.az xəbər verir ki, 19 May 2014-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 41,4 milyon ABŞ dolları məbləğində vəsait 7 banka və 7 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb. 24 May 2016-cı il tarixində keçirilən hərracda isə fond 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxararaq 14 banka satıb. 26 may 2016-cı il tarixində keçirilmiş hərracda ARDNF tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 20 milyon ABŞ dolları məbləğində vəsait 11 banka və 30 milyon ABŞ dolları məbləğində vəsait isə Mərkəzi Banka satılıb. Bu gün fond tərəfindən keçirilən hərracda 50 milyon ABŞ dolları məbləğində vəsait satılıb. 40 milyon ABŞ dolları məbləğində vəsait 3 bank və 10 milyon ABŞ dolları məbləğində vəsait isə Mərkəzi Bank tərəfindən alınıb.

Göründüyü kimi, bankların dollar alışı artıb.

Xatırladaq ki, 2016-cı ilin birinci rübündə (yanvar-mart aylarında) banklar tərəfindən satılan xalis nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 3,5 dəfə azalaraq 69 mln. avro təşkil etmişdi. Nağd xarici valyutaya tələbin azalması şəraitində rüb ərzində banklar tərəfindən gətirilən nağd ABŞ dolları ötən ilin müvafiq dövrünə nisbətən 6.2 dəfə azalmışdı. I rüb ərzində ümumilikdə 33 hərrac keçirilib. Tələb 12 hərracda təklifi üstələdiyi halda, 21 hərracda tam qarşılanmışdı. Hərraclarda orta günlük tələb 132 mln. ABŞ dolları, təklif isə 148 mln. dollar təşkil edirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm