Kreditə avtomobil ala bilməyəcəksiniz: Avtomobil kreditləri dayandırıldı
Bizi izləyin

Ekopublika.az

Kreditə avtomobil ala bilməyəcəksiniz: Avtomobil kreditləri dayandırıldı

Milli Bank avtomobillәrin alınması üçün vətəndaşlara verilən kreditlərin dayandırılması ilə bağlı banklara göstəriş verib.

Milli Bank avtomobillәrin alınması üçün vətəndaşlara verilən kreditlərin dayandırılması ilə bağlı banklara göstəriş verib.

"Axar.az"a özəl mənbələrdən daxil olan məlumata görə, Milli Bankın bu qadağası bu gün bütün banklara elan olunub və bununla da maşınların alınması üçün kredit verilmәsi dondurulub. Qaynağın məlumatına görə, bu qadağa nәqliyyat vasitәlәrinin biznesinə ciddi ziyan vurub. Bu gün maşın almaq üçün banklara müraciət edənlər əliboş qaytarılıblar.

Qeyd edək ki, Azərbaycanda kreditlərin risk faizi yüksək olsa da, maşın krediti təminatlı kreditlər kateqoriyasına aiddir. Ona görə də bu qərarın niyə verildiyi və avtokreditlərin dondurulmasının səbəbi bəlli deyil.

Xatırladaq ki, bu gün arayışsız verilən mini kreditlərin də dondurulması ilə bağlı rəsmi açıqlama yayılıb. Səbəb kimi isə bu kreditlərin daha çox risk kateqoriyasında olduğu göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm