Naftalanda sahibkarlar üçün "dəyirmi masa" keçirilib
Bizi izləyin

Ekopublika.az

Naftalanda sahibkarlar üçün "dəyirmi masa" keçirilib

Aprelin 9-da sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Kurortların inkişaf perspektivləri", "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mö

Aprelin 9-da sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Kurortların inkişaf perspektivləri", "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında "dəyirmi masa" keçirilmişdir.

Tədbir İqtisadiyyat və Sənaye Nazilriyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmişdir.

"Dəyirmi masa"da iştirakçılara "Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı", kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması və s. barədə ətraflı məlumatlar verilmişdir.

Tədbirdə, həmçinin "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilmiş, sahibkarlar biznes-ideyanın yaradılması və biznes planların tərtib edilməsi, maliyyə planı və s. barədə məlumatlandırılmışlar.

Bundan başqa, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm