Türkiyədə milyonçuların sayı artıb
Bizi izləyin

Ekopublika.az

Türkiyədə milyonçuların sayı artıb

Türkiyədə bank hesabında 1 milyon lirə pulu olan əmanətçilərin sayı 97 min 827 nəfərə çatıb. Bu müştərilərin bank hesablarındakı məbləğ isə 611 milyard 800 milyon lirəyə bərabərdir.

Publika.az xəbər verir ki, ilin əvvəlində hesabında 1 milyon lirə olan müştərilərin sayı 93 min nəfər olub. Əmanətlərin məbləği isə 594 milyard 661,1 milyon lirə təşkil edib.

Bununla da milyonerlərin sayı bu ilin iyun ayında 2015-ci ilin sonu ilə müqayisədə 5,2 faiz artıb. Bank hesablarındakı məbləğ isə 6 ayda 17 milyard 138,9 milyon lirə yüksəlib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm